Rusiyada bir nəfəri bıçaqlayan Ağcabədi sakininə hökm oxunub
sizinxeber.az xəbər saytı

Rusiyada bir nəfəri bıçaqlayan Ağcabədi sakininə hökm oxunub


Rusiyada bir nəfəri bıçaqlamaqda ittiham olunan Ağcabədi rayon sakini Davud Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Sizinxeber.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Hüseynovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Davud Əliyev 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 15 iyul 2023-cü il gecə saatlarında Rusiya Federasiyasının Arxangelsk vilayətinin Koryajma şəhərində yerləşən “Randevu” restoranında baş verib. Təqsirləndirilən şəxs restoranda bir nəfərə çiyni ilə toxunub. Həmin şəxs ona yaxınlaşaraq bunun səbəbini soruşub. Buna görə mübahisə baş verib. Daha sonra mübahisə restorandan kənarda davam edib. Bu zaman bir neçə nəfər Davud Əliyevi döyüb. Davud Əliyev Nikolay Suxixə özünü müdafiə məqsədilə 4 bıçaq zərbəsi endirib.

Davud Əliyev hadisəni törətdikdən sonra Azərbaycana gəlib və burada saxlanılıb.

Təqsirləndirilən şəxs özünü qismən təqsirli bildiyini vurğulayıb və məhkəmədən ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun cəza verilməsini istəyib.

Davud Əliyev Cinayət Məcəlləsinin 12.1, 29, 120.1-ci maddələri ilə ittiham olunub.

Oxşar xəbərlər

Bakıda avtovağzalın girişində 25 yaşlı oğlanı öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda 25 yaşlı oğlanı öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vəkilə qarşı quldurluqda təqsirləndirilən şəxsə hökm oxunub - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Keçmiş arvadını amansızlıqla qətlə yetirməkdə ittiham olunan şəxsə hökm oxunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda mənzilə qumbara qoyaraq soyğunçuluqda təqsirləndirilən şəxsə hökm oxunub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər