Keçmiş arvadını amansızlıqla qətlə yetirməkdə ittiham olunan şəxsə hökm oxunub
Övladlarını görməyə gələn keçmiş həyat yoldaşını qətlə yetirən Rövşən Quliyevin növbəti məhkəmə prosesi keçirilib.
Sizinxeber.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Əli Əliyevin ifadəsi elan olunub.
Şahidin ifadəsi elan olunduqdan sonra sənədlərin tədqiqinə başlanılıb.
Məlum olub ki, Rövşən Quliyev bundan öncə də 2 dəfə məhkum olunub.
Məhkəmə istintaqı yekunlaşıb. Prokuror Orxan Səmədov Rövşən Quliyevin zərərcəkmişlə barışığının olmamasını, əvvəllər məhkum olunmasını nəzərə alaraq ona 19 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.
Təqsirləndirilən Rövşən Quliyev son sözündə törətdiyi əməldən peşman olmadığlnı bildirib.
Məhkəmənin qərarına əsasən, Rövşən Quliyev 18 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Rövşən Quliyev üç il öncə boşandığı ıb. Sevinc İbrahimovaya küçədə 35 bıçaq zərbəsi vuraraq qətlə yetirib. Onların birgə nikahdan 14 və 6 yaşlı övladları var.
Oxşar xəbərlər
Məhkəmə Rövşən Novruzoğlu ilə bağlı qərar verib
Fatmayıda 20 yaşlı qızı qətlə yetirən 62 yaşlı müəllimə hökm oxunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
ASCO-nun "Süleyman Vəzirov" borudüzən gəmisi təmirdən sonra istismara qaytarılıb
-
Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB
