Gəncədə baş verən partlayışda ölən və yaralananların kimliyi məlum olub - FOTO - YENİLƏNİB-1
sizinxeber.az xəbər saytı

Gəncədə baş verən partlayışda ölən və yaralananların kimliyi məlum olub - FOTO - YENİLƏNİB-1


Gəncədə 5 mərtəbəli yaşayış binasında partlayış nəticəsində ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.

Sizinxeber.az-nın yerli bürosu xəbər verir ki, ölənlər 1960-ci il təvəllüdlü Mehriban Paşayeva və Xudaverdiyeva Könüldür.

Hadisə nəticəsində xəsarət alanlar Əliyeva Nüranə Şahin qızı, 1999-cu il təvəllüdlü Yusibova Firuzə Ələkbər qızı və 1991-ci il təvəllüdlü Orucov Bəxtiyar Əsəd oğludur.

***
07:47

Gəncədə yaşayış binasında baş verən partlayış zamanı ölənləri sayı artıb.

Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, 5 mərtəbəli yaşayış binasında baş verən partlayış zamanı 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya aparılıb.

***
07:22

Gəncədə binada partlayış baş verib.

Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

5 mərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində bir nəfərin öldüyü və bir neçə nəfərin yaralandığı bildirilir.

Hadisə yerinə aidiyyatı qurumların əməkdaşları cəlb olunub.

Oxşar xəbərlər

Gəncədə yaşayış binasında partlayış olub, ölən və xəsarət alanlar var - FOTO - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gəncədə yaşayış binasında partlayış olub, ölən və xəsarət alanlar var - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gəncədə zəncirvari qəza olub, xəsarət alanlar var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gəncədə zəncirvari qəza olub, xəsarət alanlar var - FOTO - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Göygöldə ağır yol qəzasında ölən və xəsarət alanların kimliyi məlum olub olub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər