Bakıda qazanxanada partlayış baş verib
sizinxeber.az xəbər saytı

Bakıda qazanxanada partlayış baş verib


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunda fərdi yaşayış evinin qazanxanasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə "Sizinxeber.az"a FHN-dən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaşa məxsus ikimərtəbəli fərdi yaşayış evinə bitişik qazanxanada yanğınla nəticələnən partlayışın baş verdiyi müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən bitişik evə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində qazanxanada olan kombi aparatı, generator və su çəninin qapaq hissəsi yanıb. Partlayış dalğasının təsirindən qazanxananın dəmir konstruksiyalardan ibarət dam örtüyü deformasiyaya uğrayıb, qarajın jalüz qapısı və həyətin giriş darvazası yerindən çıxıb, evin birinci mərtəbəsində pəncərə şüşələri qırılıb.

Fərdi yaşayış evi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.

Hadisə zamanı xəsarət alan olmayıb.

Oxşar xəbərlər

Bakıda qazanxanada partlayış olub, xəsarət alan var
Hacıqabulda avtomobil yanıb
Ucarda bazarda 8 mağaza yanıb, yaşayış evləri mühafizə olunub - YENİLƏNİB-2
Sumqayıtda polietilen istehsalı sexində yanğın olub
Bakıda qazanxanada partlayış baş verib, xəsarət alan var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər