Bakıda ailə üzvləri evdə bıçaqlanıb, ölən var
sizinxeber.az xəbər saytı

Bakıda ailə üzvləri evdə bıçaqlanıb, ölən var


Bakının Xəzər rayonunda qət hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Buzovna qəsəbəsində qeydə alınıb.

Belə ki, naməlum şəxs və ya şəxslər fərdi yaşayış evində Qurban Məlikov, onun həyat yoldaşı Könül Qurbanova və oğlu Məzahir Qurbanovu bıçaqlayıb.

Çoxlu qan itirən Q.Məlikov ölüb. Ana və oğul Sabunçu Tibb Mərkəzinə çatdırılıb.

Onların vəziyyəti ağır olaraq qiymətləndirilir.

Hazırda hadisənin səbəbləri araşdırılır.

Oxşar xəbərlər

Bakı sakini özünü bıçaqlayıb
Bakıda qadın sevgilisini bıçaqlayıb
Bakı sakini bıçaqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər