Bakı sakini bıçaqlanıb
sizinxeber.az xəbər saytı

Bakı sakini bıçaqlanıb


Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Sizinxeber.az xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Nəbiyev Ədalət Bayraməli oğlu hələlik bilinməyən səbəblərə görə tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Yaralı üç bıçaq xəsarəti diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis bölməsinin əməkdaşları araşdırma aparır.

Oxşar xəbərlər

Bakıda gənc qız bir qrup şəxs tərəfindən küçədə döyülüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər