Xaçmazda məktəbli bıçaqlanıb, sinif yoldaşı saxlanılıb - YENİLƏNİB-1
Quba-Xaçmaz Regional Təhsil İdarəsi məktəblinin sinif yoldaşı tərəfindən bıçaqlanması ilə bağlı açıqlama yayıb.
İdarədən Sizinxeber.az-ya verilən açıqlamada bildirilib ki, oktyabrın 1-də saat 16:00 radələrində Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi sinif yoldaşına evlərinin yaxınlığında aralarında yaranmış mübahisə zamanı xəsarət yetirib.
Xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib, hazırda müalicəsi davam etdirilir.
Xəsarət almış şagirdin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir.
Qeyd olunanlarla yanaşı, stressin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək üçün məktəb rəhbərliyinə şagirdlər və pedaqoji heyətlə maarifləndirici söhbətlərin aparılması tapşırılıb.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticələri barədə aidiyyəti qurumlar tərəfindən ictimaiyyətə məlumat veriləcək.
***
11.08
Oktyabrın 1-də saat 16 radələrində Xaçmaz rayonunda 2009-cu il təvəllüdlü A.Nəsrullayev 2008-ci il təvəllüdlü K.Orucova aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirib.
Bu barədə Sizinxeber.az-ya DİN Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Məlumata görə, yaralı xəstəxanaya yerləşdirilib. Polis əməkdaşları tərəfindən əməli törədən şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
***
10.58
Xaçmaz şəhərində bıçaqlanma olub.
Sizinxeber.az-nın Şimal bürosu xəbər verir ki, hadisə Xaçmaz şəhəri 9 saylı tam orta məktəbdə baş verib. 10-cu sinif şagirdi K.Orucov sinif yoldaşı A.Nəsrullayevi bıçaqlayıb.
Xəsarət alan şəxs Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Regional Təhsil İdarəsi: Xaçmazda şagirdlər arasında insident məktəbdə baş verməyib - YENİLƏNİB - 2
Xaçmazda sinif yoldaşını bıçaqlayan şagird saxlanılıb - YENİLƏNİB
Agentlik 23 nömrəli məktəbdə şagirdlər arasında yaşanan insidentlə bağlı açıqlama yayıb
Xaçmazda 10-cu sinif şagirdi bıçaqlanıb
Xaçmazda məktəbli sinif yoldaşını bıçaqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











