Sumqayıtda 12 yaşlı qız 8-ci mərtəbədən yıxılıb, vəziyyəti ağırdır  - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Sumqayıtda 12 yaşlı qız 8-ci mərtəbədən yıxılıb, vəziyyəti ağırdır - YENİLƏNİB


28.09.2024-cü il tarixində saat 15:00 radələrində 2012-ci il təvəllüdlü azyaşlı (qadın cinsli) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Sizinxeber.az xəbər verir ki, bu haqda Sumqayıtdakı tibb müəssisəsinin hadisə ilə bağlı açıqlamasında deyilir.

Ağır müştərək travma və baş-beyin əzilməsi diaqnozları təyin edilən azyaşlı Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır olub, ailə üzvlərinin yazılı iltizamnaməsi ilə Bakıdakı özəl tibb müəssisələrindən birinə təxliyə olunub.

***

19:39

Sumqayıtda 12 yaşlı qız 8-ci mərtəbədən yıxılıb.

Sizinxeber.az xəbər verir ki, hadisə şəhərin 10-cu mikrorayonunda qeydə alınıb.

2012-ci il təvəllüdlü Kiçikxanım Burcəliyeva ehtiyatsızlıq nəticəsində yaşadığı 9 mərtəbəli binanın 8-ci mərtəbəsindən yıxılıb.

Yaralı dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağırdır.


Fakt araşdırılır.

Oxşar xəbərlər

Sumqayıtda binada yıxılan qızın vəziyyəti ağır olduğu üçün Bakıya təxliyə olunub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sumqayıtda 12 yaşlı qız 8-ci mərtəbədən yıxılıb, vəziyyəti ağırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər xəsarət alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sumqayıtda bıçaqlanma olub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sumqayıtda ilan sancan qadın Bakıya təxliyə edilib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər