Qaxda mikroavtobusla minik avtomobili toqquşub, Türkiyə vətəndaşı xəsarət alıb
sizinxeber.az xəbər saytı

Qaxda mikroavtobusla minik avtomobili toqquşub, Türkiyə vətəndaşı xəsarət alıb


Qaxda "Mercedes Vito" markalı mikroavtobus və “Lexus” markalı minik avtomobili toqquşub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, Türkiyə vətəndaşının xəsarət alması ilə nəticələnən yol qəzası saat 15.00 radələrində şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes Vito" markalı mikroavtobusla “Lexus” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü, 1988-ci il təvəllüdlü Türkiyə vətəndaşı Muhammed Sağlam müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Muhammed Sağlam Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.

Oxşar xəbərlər

Biləsuvarda iki yol-nəqliyyat qəzası olub, xəsarət alanlar var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tovuzda yük maşını ilə minik maşını toqquşub, ölən var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Oğuzda minik avtomobilləri toqquşub, xəsarət alan var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gədəbəydə minik avtomobili aşıb, xəsarət alanlar var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Beyləqanda avtomobil kanala düşüb, iki nəfər xəsarət alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər