Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb
Sumqayıtda soyğunçuluqda və oğurluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb.
Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə sentyabrın 18-də 17-ci mikrorayon ərazisində 65 yaşlı bir qadının qızıl boyunbağısını soyğunçuluq yolu ilə talamaqda, müxtəlif vaxtlarda isə şəhər ərazisində 4 evdən ümumilikdə 6700 manat dəyərində qızıl-zinət əşyaları və 1300 manat pul, sənəd və bank kartları oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuşlar - 32 yaşlı İ.Əliyev, 34 yaşlı T.Hacıyev və 38 yaşlı P.Quliyev müəyyən olunaraq saxlanılıblar.
Faktlarla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda 87 yaşlı qadına qarşı soyğunçuluq etməyə görə qrupun digər üzvü tutulub
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıb
Bakıda 75 yaşlı qadın evində döyülüb, soyğunçuluq edilib
Yasamalda 87 yaşlı qadına qarşı soyğunçuluq edilib, keçmiş məhkum saxlanılıb
Bakıda bir nəfərə qarşı 22 min dollarlıq dələduzluq olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













