Binəqədi rayonunda obyektdə yanğın baş verib - FOTO - VİDEO - YENİLƏNİB
Xəbər verildiyi kimi, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən obyektdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənərək daha böyük sahəyə yayılmasına, o cümlədən bitişik obyektlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Sizinxeber.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın nəticəsində ümumi sahəsi 900 kv.m. olan üçmərtəbəli mansard tipli obyektin 3-cü mərtəbəsində yerləşən restoranın yanar konstruksiyaları və dam örtüyü 165.kv.m. sahədə yanıb
Restoranın qalan hissəsi, obyektin 1 və 2-ci mərtəbəsində yerləşən mebel salonu, o cümlədən yaxınlıqda yerləşən tikililər yanğından mühafizə olunub.
***
02:18
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.
Sizinxeber.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş tədbirlər sayəsində obyektin dam hissəsində baş vermiş yanğın genişlənərək daha böyük sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Oxşar xəbərlər
Binəqədi rayonunda obyektdə yanğın baş verib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Binəqədi rayonunda obyektdə yanğın baş verib - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Abşeron rayonu, Mehdiabad qəsəbəsində sexdə yanğın baş verib - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səbail rayonunda emalatxanada yanğın baş verib - FOTO - YENİLƏNİB 2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda saunada yanğın olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












