Rusiya səfirliyi Fatma Səttarovanın vəfatı ilə əlaqədar başsağlığı verib
sizinxeber.az xəbər saytı

Rusiya səfirliyi Fatma Səttarovanın vəfatı ilə əlaqədar başsağlığı verib


Rusiyanın Azərbaycandakı səfirliyi ictimai xadim, 1941-1945-ci illər Böyük Vətən müharibəsi veteranı, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanın vəfatı ilə əlaqədar başsağlığı verib.

"Sizinxeber.az"un məlumatına görə, səfirliyin sosial şəbəkə hesabında bununla bağlı paylaşım edilib.

“Həyatı əzmkarlıq və Vətənə sədaqət nümunəsinə çevrilmiş Fatma Hüseyn qızı Səttarovanın vəfatı xəbərini təəssüflə aldıq. O, Böyük Vətən müharibəsi illərində tibb bacısı kimi xidmət edərək Moskva, Leninqrad və Stalinqrad yaxınlığında gedən qanlı döyüşlərdə minlərlə insanın həyatını xilas edib. Sovet ordusu ilə birlikdə Macarıstana qədər gedib çıxıb. Müharibədən sonra o, Vətənin rifahı naminə yaradıcı əməklə məşğul olub”, - paylaşımda bildirilib.

Diplomatik missiyada qeyd ediblər ki, Fatma Səttarova Azərbaycan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri kimi Rusiya-Azərbaycan əlaqələrinin möhkəmlənməsinə böyük töhfə verib.

“Fatma Hüseynovanın xatirəsi qəlbimizdə əbədi qalacaq”, - səfirlikdən bildirilib.

Xatırladaq ki, Fatma Səttarova bu gün 102 yaşında vəfat edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Fatma Səttarovanın ailəsinə və yaxınlarına başsağlığı verib
Prezident Fatma Səttarovanın vəfatı ilə bağlı başsağlığı verib
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova vəfat edib
İkinci Dünya müharibəsinin iştirakçısı, 102 yaşlı Fatma Səttarova vəfat edib
MEDİA Nair Əliyevin vəfatı ilə əlaqədar başsağlığı verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər