İkinci Dünya müharibəsinin iştirakçısı, 102 yaşlı Fatma Səttarova vəfat edib
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsinin iştirakçısı Fatma Səttarova vəfat edib.
APA xəbər verir ki, Fatma Səttarova 102 yaşında dünyasını dəyişib.
Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatından APA-ya bildirilib ki, mərhum II Fəxri xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, F.Səttarova 1922-ci ildə Bakıda anadan olub. İkinci Dünya müharibəsinin ilk aylarında tibb bacısı kimi könüllü surətdə cəbhəyə yollanıb. 1941-1942-ci illərdə Moskva uğrunda döyüşlərdə iştirak edib.
F.Səttarova Sovet ordusunun sıralarında Berlinə qədər gedib.
1945-ci ilin fevralında xəstəliyi ilə bağlı tibbi komissiyanın qərarı ilə ordudan tərxis olunub. Yaralılardan ibarət eşelonu müşayiət edərək Bakıya qayıdıb.
O, 2022-ci il yanvarın 24-də Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən "İstiqlal" ordeni ilə təltif edilib. Prezident təqaüdçüsü idi.
Oxşar xəbərlər
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova vəfat edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 129 min şəxsə 354 min xidmət göstərilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Postmüharibə dövründə xidmət göstərilən müharibə iştirakçılarının sayı açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Qran-Prisinin ikinci gününün proqramı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əbülfəz Elçibəyin vəfatından 24 il ötür [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












