Binəqədidə 10 nəfərin öldüyü yanğınla bağlı məhkəmədə 1 milyon manatlıq iddia qaldırılıb
Bakının Binəqədi rayonunda bu il yanvarın 15-də “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışda təqsirli bilinən Tağı İbrahimov və Toğrul Rzayevin məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən məhkəmə iclasında ittiham aktı elan edilib.
Müttəhimlər T.İbrahimov və T.Rzayev özlərini təqsirli bilməyiblər. Təqsirləndirilən şəxslərin müdafiəçiləri buna görə ilk olaraq zərərçəkənlərin dindirilməsini istəyiblər.
Məhkəmə müraciəti qəbul edərək zərərçəkənləri və onların hüquqi varislərinin dindirilməsi barədə qərar qəbul edib.
Hadisə zamanı həlak olan Adil Rüstəmovun atası Aydın Rüstəmov məhkəmədə mülki iddia qaldırıb. O, iddiasında təqsirləndirilən şəxslərdən onlara dəyən maddi və mənəvi ziyanın ödənilməsini tələb edib.
"Oğlum həmin zavodda Səyyar Ələsgərov adlı şəxsin obyektində qeyri-rəsmi işləyib. Amma faktiki olaraq zavodda yanğın təhlükəsizliyi ilə bağlı cavabdeh təqsirləndirilən şəxslər olub. Mən onlardan bir milyon manat təzminat istəyirəm", - deyə o bildirib.
A.Rüstəmov ifadəsində onu da qeyd edib ki, məsələ ilə bağlı tərəflərlə ünsiyyətdə olub, lakin onların təklifi onu qane etməyib.
Vəkillərdən biri deyib ki, ki, zərərçəkənləri işə Səyyar Ələsgərov götürüb, iş üzrə adı çəkilən şəxs də məsuliyyətə cəlb olunmalıdır.
Dövlət ittihamçısı isə vəkilə etiraz edərək bildirib ki, sözügedən hadisə yanğın təhlükəsizliyi ilə bağlı baş verib, bu işə cavabdeh də təqsirləndirilən şəxslərdir.
Proses oktyabrın 3-də davam etdiriləcək.
Oxşar xəbərlər
Binəqədidə 10 nəfərin ölümü ilə nəticələnən partlayışa görə həbs olunanlar ev dustaqlığına buraxılmayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Binəqədidə 10 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı məhkəmədə: Bir milyon manat təzminat istəyirəm [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mebel emalatxanasında 10 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı təqsirləndirilənlərin məhkəməsi başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Binəqədidə on nəfərin ölümü ilə nəticələnən partlayışda təqsirli bilinən vəzifəli şəxslərin məhkəməsi başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Binəqədidə mebel sexində 10 nəfərin öldüyü, 23 nəfərin xəsarət aldığı partlayışla bağlı istintaq tamamlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












