DYP “2024 Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
“2024 Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar paytaxt ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və nəqliyyat sıxlığının qarşısının alınması ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin hərəkət iştirakçılarına müraciət edib.
Bu barədə "Sizinxeber.az"a Bakı şəhər Dövlət Yol Polisindən məlumat verilib.
Bildirilib ki, Bakı şəhərində keçiriləcək “2024 Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar paytaxtda nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə sentyabr ayının 13-dən 15-dək Bakı şəhərinə bitişik kənd və qəsəbələrdən, həmçinin respublikanın digər şəhər və rayonlarından paytaxta gələn vətəndaşlarımızdan ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük vermələri tövsiyə olunur.
Eyni zamanda paytaxt sakinlərindən isə yarışın keçirildiyi müddət ərzində fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmələri, şəhərin mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələri, istismar müddəti çox olan və nasaz nəqliyyat vasitələri ilə ümumiyyətlə yola çıxmamaları xahiş olunur.
Oxşar xəbərlər
DYP "Formula-1"lə bağlı müraciət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar media akkreditasiya seminarı təşkil olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Formula 1"-lə əlaqədar bu gecədən İstiqlaliyyət və onunla kəsişən küçələrdə hərəkət dayandırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Formula-1 ilə əlaqədar paytaxtın bəzi küçələrində nəqliyyatın hərəkəti dayandırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq məqsədilə Bakıda bəzi yollardan istifadə məhdudlaşdırılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












