Şəkidə təmirə gələn avtomobil yanaraq yararsız hala düşüb
Şəkidə avtomobillərin təmiri servisində yanğın olub, təmirə saxlanılmış minik avtomobili yanaraq yararsız hala düşüb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, yanğın hadisəsi axşam saatlarında Şəki şəhəri, Z. Əliyeva küçəsində fəaliyyət göstərən ümumi sahəsi 600 kv/m olan və 9 avtomobil təmiri sexindən ibarət servisdə baş verib.
Yanğın servisin sexlərindən birində təmir üçün qoyulmuş rayon sakini Rafiq Qüdrət oğlu Həsənova məxsus minik avtomobilində qeydə alınıb.
Yanğının söndürülməsi üçün əraziyə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikları və şəxsi heyəti cəlb edilib.
Yanğının genişlənərək bitişik sexlərə keçməsinin qarşısı dərhal alınıb. Yanğın nəticəsində minik avtomobilinin yanar konstruksiyaları və sexin tavan hissəsi yanıb.
Bitişik tikilən digər sexin isə tavanı 5 kv/m sahədə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Gəncədə avtomobil təmiri sexləri yanıb - FOTO - VİDEO - YENİLƏNİB-2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Balakəndə məktəbin anbarında yanğın olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda avtomobil təmiri sexində yanğın olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Suraxan rayonunda YDM-də minik avtomobili yanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şabranda kolbasa sexi, Xaçmazda 6 boks yanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












