Biri həkim olmaqla iki nəfəri güllələməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
sizinxeber.az xəbər saytı

Biri həkim olmaqla iki nəfəri güllələməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır


Şəkidə iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən Namik Məmmədovun ibtidai istintaqı başa çatıb.

“Report” xəbər verir ki, istintaqı tamamlanan cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilərək hakim Tural Əfəndizadənin icraatına verilib.

Qeyd edək ki, bu ilin may ayında Şəkinin Baş Şabalıd kəndində Namik Məmmədov 1966-cı il təvəllüdlü Sədiyev Azər Sədi oğlu və 1957-ci il təvəllüdlü Məmmədsoy İsrafil Əhmədiyyə oğlunu güllələyərək qətlə yetirməkdə şübhəli bilinib.

İttihama görə, Namik Məmmədov torpaq sahəsində mal qara otarmaqda günahlandırdığı Azər Sədiyevlə mübahisə edib. Mübahisəyə daha sonra İsrafil Məmmədsoy da qoşulub. Daha sonra aralarında yaranmış münaqişə səbəbindən Namik Məmmədov hər iki şəxsi güllələyib.

Məlumata görə, İ.Məmmədsoy Baş Şabalıd kəndində yerləşən tibb məntəqəsinin müdiri olub.

N.Məmmədova qarşı Cinayət Məcəlləsinin 120.2.10-cu (xüsusi amansızlıqla iki və ya daha çox şəxsi öldürmə və xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla təkrarən qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Oxşar xəbərlər

Sumqayıtda ata və anasını öldürməkdə təqsirli bilinən şəxsin istintaqı başa çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda mühafizəçini öldürməkdə təqsirləndirilən direktor müavininin istintaqı başa çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Astarada qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb - YENİLƏNİB-2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ailəsinin beş üzvünü öldürməkdə təqsirləndirilən Əhməd Əhmədovun məhkəməsi başlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hakimiyyətin zorla ələ keçirilməsinə yönələn açıq çağırışlar etməkdə təqsirləndirilən şəxsin istintaqı tamamlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər