Narkotik dövriyyəsində ittiham olunan Famil Xəlilovun məhkəməsi başlayıb
Külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsində ittiham olunaraq həbs edilən Famil Xəlilovun cinayət işi üzrə məhkəmə başlayıb.
Sizinxeber.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib.
Müdafiəçilər F. Xəlilovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət veriblər.
Məhkəmə qısa müşavirədən sonra vəsatətin təmin olunmaması ilə bağlı qərar çıxarıb.
Proses sentyabrın 5-də davam etdiriləcək.
Qeyd edək ki, F. Xəlilov mayın 4-də saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımov və onunla birgə ittiham olunan şəxsin məhkəməsi başlayıb
Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımov və onunla birgə ittiham olunan Anar Əliyevin məhkəməsi başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
-
Qaradağda torpaq satışı qalmaqalı: Sabiq vəzifəli şəxslərinin məhkəmə istintaqı başladı
-
Naxçıvan şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq
-
Zelenski Putinə görüş və danışıqlar müddətində atəşkəs təklif edib
-
Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb - FOTO
-
Andoni İraola "Liverpul"a rəhbərlik etməyə başlayıb
