Narkotik satışına görə 3 nəfər həbs edilib
DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin növbəti əməliyyatları zamanı 22 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb.
Sizinxeber.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının paytaxt ərazisində keçirdikləri növbəti tədbirlər nəticəsində narkotiklərin satışı və qanunsuz dövriyyəsini təşkil edən dəstə üzvləri - əvvəllər məhkum olunmuşlar Sənan Cəfərov, İlkin Əhmədov və Səfiyar Allahyarov saxlanılıblar. Onların üzərindən, ev və avtomobillərindən 22 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana və 297 ədəd metadon həbi aşkarlanıb.
Hər üç şəxs ifadələrində maddi qazanc əldə etmək məqsədi ilə narkotiklərin satışını həyata keçirdiklərini bildiriblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
S.Cəfərov, İ.Əhmədov və S.Allahyarovun daxil olduqları narkoşəbəkənin digər üzvlərinin də müəyyən edilərək saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
Oxşar xəbərlər
Bakı və Salyanda 41 kq narkotik dövriyyədən çıxarılıb
DİN əməliyyat keçirib, 61 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
