Naxçıvanda ot bağlamalarında və ekskavatorda yanğın olub - FOTO
sizinxeber.az xəbər saytı

Naxçıvanda ot bağlamalarında və ekskavatorda yanğın olub - FOTO


Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur rayonu Maxta kəndində ot bağlamalarında, Sədərək rayonu Dəmirçi kəndində "CAT-330" markalı tırtırlı ekskavatorda yanğınların baş verməsi barədə məlumatlar daxil olub.


Sizinxeber.az-nın Naxçıvan bürosu xəbər verir ki, məlumatlarla əlaqədar dərhal Şərur Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğınlar genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.


Yanğın nəticəsində 6300 kg ot bağlaması yanıb, 7200 kg ot bağlaması yanğından mühafizə olunub.
Sahənin qalan hissəsi və ətraf ərazilər yanğından mühafizə olunub.

Oxşar xəbərlər

Şərur rayonunda yanğın olub - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvanda 1,5 hektar taxıl sahəsi yanıb - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zəngilanın Şəfibəyli kəndində 120 hektar sahədə kol-kos, biçilmiş taxıl sahəsi yanıb - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səbaildə açıq sahədə yanğın tam söndürülüb - YENİLƏNİB-1 - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvanda yanğınlar olub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər