Sumqayıtda qardaş qardaşı bıçaqlayıb - YENİLƏNİB
Sumqayıt şəhərində iki qardaş arasında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı onlardan birinin xəsarət alması barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən APA-ya bildirilib ki, hadisə ilə bağlı araşdırma başlanılıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.
***
09.39
Sumqayıtda qardaş qardaşı bıçaqlayıb.
APA xəbər verir ki, hadisə şəhərin 1-ci məhəlləsində qeydə alınıb.
Sumqayıt şəhər sakini, 1961-ci il təvəllüdlü Cabbarov Səxavət Nəbi oğlu münaqişə zəminində qardaşı 1971-ci il təvəllüdlü Cabbarov Elşən Nəbi oğluna bıçaqla xəsarət yetirib.
Yaralı dərhal xəstəxanaya çatdırılıb.
Fakt araşdırılır.
Oxşar xəbərlər
Sumqayıtda qardaş qardaşı bıçaqlayıb
Sumqayıtda bıçaqlanma olub - YENİLƏNİB 1
Sumqayıtda bıçaqlanma olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
