Sumqayıtda bıçaqlanma olub  - YENİLƏNİB 1
sizinxeber.az xəbər saytı

Sumqayıtda bıçaqlanma olub - YENİLƏNİB 1


DİN-in Mətbuat Xidmətindən Sizinxeber.az-ya bildirilib ki, avqustun 22-də saat 23 radələrində Sumqayıt şəhəri ərazisində 1984-cü il təvəllüdlü X. Xiyalıyevin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Elşən Nağıyev saxlanılıb.

Hadisə tərəflər arasında şəxsi münasibətlərin pozulması zəminində baş verib.

Faktla bağlı istintaq araşdırması aparılır.

***

20:41

Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1984-cü il təvəllüdlü (kişi cinsli) şəxs ağır vəziyyətdə hospitalizasiya olunub.

Sizinxeber.az xəbər verir ki, döş qəfəsinin və bazunun kəsilmiş-deşilmiş yarası diaqnozları təyin edilən pasiyent Reanimasiya şöbəsinə yerləşdirilib.

Zəruri bütün tibbi yardımlar göstərildikdən sonra o, M. A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə təxliyə olunub.

***

19:00

Sumqayıtda 40 yaşlı kişi naməlum şəxs tərəfindən bıçaqlanıb.

Sizinxeber.az xəbər verir ki, hadisə 12-ci mikrorayonda keçmiş məcburi köçkünlərin yaşadığı şəhərcikdə qeydə alınıb.

Sumqayıt şəhər sakini, 1984-cü il təvəllüdlü Xiyalıyev Xəyal Əli oğlu münaqişə zəminində naməlum şəxs tərəfindən bıçaqlanıb.

Fakt araşdırılır.

Oxşar xəbərlər

Sumqayıtda bıçaqlanma olub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sumqayıtda kişi xəstəxanada yatan qardaşı arvadını palatada qətlə yetirib - YENİLƏNİB-1 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dünən atası tərəfindən bıçaqlanan azyaşlının vəziyyəti açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sumqayıtda ilan sancan qadın Bakıya təxliyə edilib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Göyçayda 17 yaşlı şəxs 26 yaşlı kişini öldürməkdə şübhəli bilinərək tutulub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər