Astarada dənizdə batan 29 yaşlı gəncin meyiti tapılıb  - FOTO - VİDEO - YENİLƏNİB-3
sizinxeber.az xəbər saytı

Astarada dənizdə batan 29 yaşlı gəncin meyiti tapılıb - FOTO - VİDEO - YENİLƏNİB-3


Astarada dənizin nəzarətsiz sularında batan 29 yaşlı Şamxal Həsənzadənin meyiti tapılıb.

***

13:28

Astarada dənizin nəzarətsiz sularında boğulan 29 yaşlı Şamxal Həsənzadə ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Əmisi İdrak Həsənovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, Şamxal nişanlı olub və payızda toyu olacaqdı. "O dünən nişanlısı və qayınanasını evlərində qoyub. Sonra dostları ilə dənizə çimməyə gedib. Dostlarla birlikdə dənizdə çimərkən Şamxal suda itib. Dostları qışqıraraq onu səsləyiblər. Axtarışların nəticəsiz olduğunu görənlər aidiyyəti üzrə məlumat veriblər".

Qeyd edək ki, axtarışlar davam edir. Əraziyə FHN-nin iki qrupu 18 nəfər canlı qüvvə və iki qayıq cəlb olunub.

***

11:03

Astara rayonunda nəzarətsiz ərazidə dənizdə batan 29 yaşlı gəncin axtarışları hələ də davam etdirilir.

APA-nın yerli bürosu xəbər verir ki, əraziyə FHN-nin xeyli sayda canlı qüvvəsi cəlb olunub.

***

24 avqust

Saat - 18:20

Fövqəladə Hallar Nazirliyinə Astara rayonunda nəzarətsiz ərazidə dənizdə 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.

APA FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda batdığı ehtimal olunan Astara rayonu Kjəbə qəsəbə sakini 1995-ci il təvəllüdlü Həsənzadə Şamxal İdrak oğlunun axtarışları FHN-in qüvvələri tərəfindən davam etdirilir.

Əlavə məlumat veriləcək.

Qeyd edilib ki, bu gün Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək küləkli hava şəraitində dənizə girməyin təhlükəli olduğunu xatırlatmış və müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırmışdı.

Oxşar xəbərlər

Astarada dənizdə batan 29 yaşlı gəncin axtarışları davam etdirilir - FOTO - VİDEO - YENİLƏNİB-2
Astarada dənizdə batan 29 yaşlı gəncin axtarışları davam etdirilir - FOTO - VİDEO - YENİLƏNİB
Astarada 29 yaşlı oğlan dənizdə nəzarətsiz ərazidə batıb
Astara sakini dənizdə nəzarətsiz ərazidə batıb
Bir həftə əvvəl dənizdə batdığı ehtimal olunan şəxsin meyiti tapılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər