Dəniz sahilini zibilləyənlər cərimələnib
Polis sanitariya-gigiyena qaydalarına riayət olunması istiqamətində profilaktiki tədbirləri gücləndirib.
Daxili İşlər Nazirliyindən "Report"a verilən xəbərə görə, nazirlik aidiyyəti dövlət qurumları ilə birgə respublikanın şəhər və rayonlarında, meşə, park, müalicə-sağlamlıq, turizm zonalarının ərazilərində, Xəzər dənizinin sahil zolağında, çimərliklərdə məişət tullantılarının tutumundan (urnalardan) kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə gündəlik olaraq nəzarət-profilaktiki tədbirləri davam etdirir.
Tədbirlər zamanı İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl etməməsi) və 266.3-cü (məişət tullantılarının tutumlardan (urnalardan) kənara atılması) maddələrinin tələblərinə əməl etməyən fiziki, hüquqi və vəzifəli şəxs müəyyən edilərək barələrində müvafiq tədbirlər görülməsi diqqətdə saxlanılır.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Oxşar xəbərlər
Azərbaycanda vəzifəli şəxslər cərimələndi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Separatçılar bütün təkliflərimizi rədd edir - Bakı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tullantıların içərisindən tapılan sənədlər və avtomobil nömrələri polisə təhvil verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda qayınana və qayınatanın ailəyə müdaxiləsi məişət zorakılığı sayılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının fəaliyyət Qaydası” təsdiqlənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













