Şəmkirdə yük və minik avtomobilləri toqquşub, 2 nəfər ölüb - FOTO - YENİLƏNİB-2
Xəbərə foto əlavə edilib.
***
saat 13.23
Şəmkirdə ağır yol qəzasında ölən şəxslərin kimliyi məlum olub.
APA-nın yerli bürosunun xəbərinə görə, qəzada 1989-cu il təvəllüdlü Elvin Qafarov və 1971-ci il təvəllüldü Şıxəli Abbasov həyatlarının itirib.
***
saat 09.38
Avqustun 18-i gecə saat 1 radələrində Bakı-Qazaz-Gürcüstan sərhəddi yolunun Şəmkir rayonu hissəsindən keçən hissəsində 2000-ci il təvəllüdlü K. Cəfərli "KamAz" markalı yük avtomobili ilə Bakı istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə hərəkət edən, 1986-cı il təvəllüdlü Elvin Qafarovun idarə etdiyi "VAZ 2106" markalı avtomobil toqquşub.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun APA-ya verdiyi xəbərə görə, hadisə nəticəsində "VAZ-2106"-da olan sürücü və sərnişinlərdən biri ölüb, digər sərnişin, 1978-ci il təvəllüdlü, Ağstafa rayon sakini Qorxmaz Şirinov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Hazırda ölən şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.
***
saat 09.15
Şəmkirdə ölümlə nəticələn ağır yol qəzası baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax magistalının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "VAZ" markalı minik maşını yolda dayınmış avtomobilə arxadan çırpılıb. Qəza zamanı 2 nəfər ölüb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Şəmkirdə yük və minik avtomobilləri toqquşub, 2 nəfər ölüb - YENİLƏNİB-1 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şəmkirdə yük və minik avtomobilləri toqquşub, 2 nəfər ölüb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Daşkəsəndə baş vermiş qəza zamanı xəsarət alanların kimliyi müəyyən olunub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gəncədə zəncirvari qəza olub, xəsarət alanlar var - FOTO - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tovuzda yük maşını ilə minik maşını toqquşub, ölən var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Nazirdən pensiyalarla bağlı şad xəbər
-
ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müşaviri Şəhidlər xiyabanını ziyarət edib
-
Gələn il fəsillərin Azərbaycana daxilolma vaxtları açıqlanıb
-
Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib
-
Şəhid məzarlarından gitara, çəkmə və hərbi dəbilqə oğurladılar: Saxlanılan şəxslərin GÖRÜNTÜLƏRİ












