Şəmkirdə “KaMaz” avtomobillə toqquşub, iki nəfər ölüb - YENİLƏNİB
Şəmkirdə baş verən ağır yol qəzasının təfərrüatı məlum olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Sizinxeber.az”un Qərb bürosunun sorğusuna cavab olaraq bildirilib ki, Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Şəmkir rayonundan keçən hissəsində 2000-ci il təvəllüdlü K. Cəfərlinin idarə etdiyi “KaMaz” markalı yük avtomobili 1986-cı il təvəllüdlü Şamo Qafarovun idarə etdiyi “VAZ 2106” markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində “VAZ-2106”da olan sürücü və sərnişinlərdən biri ölüb, digər sərnişin, 1978-ci il təvəllüdlü, Ağstafa rayon sakini Qorxmaz Şirinov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Hazırda digər ölən şəxsin kimliyi müəyyənləşdirilir.
Şəmkir rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Sizinxeber.az”un Qərb bürosunun məlumatına görə, Bakı-Qazax magistral yolunun Şəmkir rayonundan keçən hissəsində avtomobil idarəetmədən çıxaraq digər nəqliyyat vasitəsinə çırpılıb.
Qəza nəticəsində iki nəfər aldığı xəsarətlərdən dünyasını dəyişib.
Onların şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakı-Qazax yolunda “KaMaz” avtomobillə toqquşub, iki nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şəmkirdə yük və minik avtomobilləri toqquşub, 2 nəfər ölüb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı-Qazax magistralında 10-dan çox maşın toqquşdu: Xəsarət alanların kimlikləri bilindi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağstafada yolun buz bağlaması nəticəsində 10-dan çox maşınlar toqquşub, 2 Türkiyə vətəndaşı xəsarət alıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şəmkir sakininə xəsarət yetirməkdə şübhəli bilinən şəxsin kimliyi məlum olub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












