Salyanda 44 yaşlı kişini bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB
Salyanda 44 yaşlı kişini bıçaqlayan şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-nın Mil-Muğan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, Salyan rayon sakini Y.Əsgərovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Şöbə əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən rayon sakini, əvvəllər məhkum olunmuş S.Babayev saxlanılaraq istintaqa təqdim edilib.
Araşdırmalar davam etdirilir.
***
08.44
Salyanda 44 yaşlı kişinin bıçaqlanması ilə nəticələnən insident yaşanıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, salyan şəhər sakini, 1980-ci il təvəllüdlü Əsgərov Yusif Adil oğlu bədəninin kəsilmiş-deşilmiş yarası ilə Salyan Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Salyanda 44 yaşlı kişi bıçaqlanıb
Sabirabadda 34 yaşlı kişini bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
