Cəlilabadda quyuya düşərək boğulan ata və qızının ölümü ilə bağlı təfərrüatlar məlum olub
Cəlilabad rayonunun Moranlı kəndində quyuya düşərək boğulan ata və qızının ölümü ilə bağlı təfərrüatlar məlum olub.
"Report"un Muğan bürosunun əldə etdiyi məlumata görə, 1981-ci il təvəllüdlü Həsənağa Məmmədov dərinliyi təxminən 15 metr olan su quyusuna düşən qızı 2004-cü il təvəllüdlü Məmmədova Nəsibəni oradan xilas etmək istəyərkən özü də quyuya düşərək boğulub.
Qızın quyuya düşərkən evdə heç kim olmayıb. Qonşu kəndə qonaq gedən ata evə gəldikdən sonra qızını axtarmağa başlayıb. Sonra onun ayaqqabılarını quyunun kənarında görüb. Qızının quyuya düşdüyünü müəyyən edən ata dərhal su şlanqı ilə onu çıxarmağa çalışıb. Lakin şlanq qırıldığından o da boğulub.
Kənd sakinlərinin məlumatına görə, qız həmişə quyudan kəndir vasitəsi ilə su çəkirmiş. O boğulan zaman evin xanımı Bakıda müalicədə olub.
Qeyd edək ki, dünyasını dəyişən N.Məmmədova nişanlı imiş.
Oxşar xəbərlər
Cəlilabadda su quyusuna düşən ata və 20 yaşlı qızının meyiti çıxarılıb - YENİLƏNİB-2
Cəlilabadda ata və 20 yaşlı qızı su quyusuna düşüb, atanın meyiti quyudan çıxarılıb - YENİLƏNİB-1
Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - YENİLƏNİB-2
Cəlilabadda su quyusuna düşən ata və qızının şəxsiyyəti məlum olub, axtarışlar davam edir - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Aliment ödəyənlərə vacib XƏBƏR
-
Açılış niyə yayımlanmadı? - İTV-dən açıqlama
-
DÇ-2026: Cənubi Koreya - Çexiya oyununda ikinci qol vurulub - YENİLƏNİR-4
-
Fərhad Hacıyev: "Yüksəliş" müsabiqəsi idarəçilik sahəsində unikal platforma rolunu oynayır
-
DÇ-2026-nın açılış oyununda CAR Meksikaya məğlub olub - YENİLƏNİB-5
-
Meksika - CAR oyununun ən yaxşı futbolçusu müəyyənləşib
