Azərbaycanda casusluqda ittiham edilən xarici ölkə vətəndaşının şikayəti təmin olunmayıb
Azərbaycan Respublikası ərazisində casusluq cinayət əməllərinin törədilməsində ittiham edilən xarici ölkə vətəndaşı Ghaedi Mohammad Najaf oğlu ilə bağlı hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə keçirilib.
Sizinxeber.az xəbər verir ki, bu gün Bakı Apeliyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən iclasda birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb, apelliyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, toplanılmış çoxsaylı sübutlar əsasında xarici ölkə vətəndaşı Ghaedi Mohammad Najaf oğlunun xarici xüsusi xidmət orqanının tapşırığı ilə dövlət sirri olan və Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün məlumatların toplanılması və verilməsinin təşkili, o cümlədən Azərbaycan Respublikası hüquq-mühafizə orqanı əməkdaşları barədə fərdi məlumatların əldə edilməsi, onlarla şəxsi münasibətlər qurulması və onların xarici ölkənin xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsi istiqamətində fəaliyyət göstərdiyi məlum olub.
Ghaedi Mohammad Najaf oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib və məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
“Tərtər işi” ilə bağlı ittiham olunan bir qrup hərbçinin apellyasiya şikayəti təmin olunmayıb
Məhkəmə Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində şikayəti ilə bağlı qərar verib
Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində şikayəti ilə bağlı qərar verilib, tərəflər barışıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
