DİN Masallıda əməliyyat keçirib, 39 kq narkotik aşkar olunub - VİDEO
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.
DİN-in mətbuat xidmətindən Sizinxeber.az-ya verilən xəbərə görə, Masallı rayonunda keçirilən növbəti əməliyyat zamanı 1987-ci il təvəllüdlü Rüstəm Abdullayev saxlanılıb.
Ondan 39 kq tərkibinə psixotrop maddələr əlavə edilmiş marixuana aşkarlanıb.
Rüstəm Abdullayev ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Masallı rayonu ərazisindən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Masallıda əməliyyat keçirilib, 39 kq narkotik aşkar olunub
Astarada keçirilən əməliyyatda 23 kq narkotik aşkar olunub
Abşeronda avtomobildə 19 kq narkotik aşkarlanıb - VİDEO
Sabunçuda avtomobildə 29 kq narkotik aşkarlanıb
Bakıda 10 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













