Bakıda keçirilən əməliyyatda 27 kq narkotik aşkarlanıb - VİDEO
DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin dövriyyəsini təşkil edən şəxslərə qarşı növbəti əməliyyat keçirilib.
APA DİN-ə istinadən xəbər verir ki, daxil olmuş məlumat əsasında keçirilən tədbirlər zamanı Əvəz Hüseynovun şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının təklifi ilə narkotik vasitələri Füzuli rayonu ərazisindən Bakı şəhərinə gətirmək üçün əldə etdiyi müəyyən edilib və o, Sabunçu rayonu ərazisində saxlanılıb.
Onun narkotiklərin dövriyyəsində istifadə etdiyi avtomobildən 18 kq 500 qram tərkibinə xüsusi zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.
Davam etdirilən əməliyyat tədbirləri nəticəsində digər narkokuryer Müslüm Yaqubov isə Xəzər rayonu ərazisində saxlanılıb. Onun kirayə yaşadığı evdən 7 kq 500 qram tərkibinə xüsusi zərərli maddələr əlavə edilmiş marixuana və 1 kq 150 qram metamfetamin aşkarlanıb.
Sonuncu əməliyyat zamanı 27 kq-dan artıq narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb.
Faktla bağlı cinayət işi başlanılıb və həmin narkokuryerlər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Əməliyyat tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Bakıda avtomobildə 33 kq narkotik tapılıb
Sabunçuda İran vətəndaşından alınan 36 kq narkotik aşkarlanıb - VİDEO
Şabranda İran vətəndaşı tərəfindən kuryerliyə cəlb olunan şəxsdən 50 kiloqram marixuana aşkarlanıb
Bakıda əməliyyat keçirilib, 33 kiloqram narkotik vasitə aşkarlanıb
Abşeronda 30 kq narkotik aşkarlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Azercell"də dəyişiklik - Bu xidmətləri də dayandırır
-
Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
-
“e-Sosial” portalında yenilik əlilliyi olan şəxslər üçün istifadə rahatlığının artırılmasına xidmət edir – AÇIQLAMA
-
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
-
Deputat: Qızıl ehtiyatlarının artması dəyər qazanan aktivlərə daha çox vəsaitin yönəldilməsinə imkan yaradır
-
Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib








