Salyanda 34 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
sizinxeber.az xəbər saytı

Salyanda 34 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb


Salyan rayonunda 34 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

"Report" xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1990-cı il təvəllüdlü İbrahimova Vəfa Cəmaləddin qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

Araşdırma aparılır.

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər