Mərdəkanda 52 yaşlı kişi tüfənglə qətlə yetirilib, cinayət işi başlanıb - YENİLƏNİB
Avqustun 7-də saat 20 radələrində paytaxtın Xəzər rayonu ərazisində 1972-ci il təvəllüdlü Amin Xudaverdiyevin qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Xəzər rayon prokurorluğundan "Sizinxeber.az"a verilən məlumata görə, araşdırma zamanı 1993-cü il təvəllüdlü Ruhulla Abdullazadənin Xəzər rayonu Mərdəkan çimərliyi ərazisində şəxsi münasibətlər zəminində Amin Xudaverdiyevi ov silahından atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Ruhulla Abdullazadə iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
Avqustun 7-də saat 20 radələrində paytaxtın Xəzər rayonu Mərdəkan qəsəbəsində 1972-ci il təvəllüdlü Xudaverdiyev Amin Cabbar oğlunun ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən "Sizinxeber.az"a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Abdullazadə Ruhulla Cavanşir oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.
İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.
Araşdırma aparılır.
Oxşar xəbərlər
Mərdəkanda 52 yaşlı kişi tüfənglə qətlə yetirilib, saxlanılan var
Bakının Xəzər rayonunda bir nəfər ov tüfəngi ilə qətlə yetirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
