Bakının bu kəndində həyət evlərini çömçəquyruqlar basdı
sizinxeber.az xəbər saytı

Bakının bu kəndində həyət evlərini çömçəquyruqlar basdı


Su ərazidə o qədər qalıb ki, küçə çömçəquyruqların məskəninə çevrilib... Sakinlər də çətinliklə hərəkət edirlər...

Sizinxeber.az Xəzər TV-yə istinadən xəbər verir ki, görüntülər paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağları, Rauf Hacıyev küçəsi döngə 7 ünvanındandır. Sakinlər bildirilər ki, uzun müddətdir bu problemlə üz-üzədirlər. Hətta, ərazi müxtəlif su canlılarının, o cümlədən də çömçəquyruqların məskəninə çevrilib. Müvafiq qurumlara dəfələrlə müraciət etsələr də, məsələ həllin tapmır.

Sakinlərin sözlərinə görə, ərazidə yaşayan bir neçə ailə evlərini su basdığı buradan köçüb. Gedə bilməyənlər isə bu vəziyyətlə barışmalı olublar.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, mərkəzləşmiş tullantı su şəbəkəsi olmayan ərazilərdə agentliyin sifarişi ilə təchizat sisteminin qurulması üçün müvafiq layihə sənədləri hazırlanıb.

Layihələrin icrası təchizat sisteminin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Şəbəkələrin inşası agentliyin tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır.

Həmçinin diqqətə çatdırılıb ki, fevraldan su və kanalizasiya təchizatına qoşulmaq üçün yeni qaydalar tətbiq edilir.

Bu qaydalara uyğun olaraq təchizat sisteminə qoşulmaq istəyən vətəndaşlar müvafiq sənədlərlə "ASAN Xidmət", "ASAN Kommunal" mərkəzlərinə müraciət etməlidirlər.

Ətraflı videomateriada:

Oxşar xəbərlər

Bu küçədə hərəkət MƏHDUDLAŞACAQ
Hövsanda bu saatdan qaz OLMAYACAQ
WUF13 çərçivəsində Bakıda xüsusi hərəkət zolaqları yaradılacaq - BU KÜÇƏLƏRDƏ
Sabah bu kəndlərdə qaz olmayacaq
"Sabah" öz meydanında "Kəpəz"ə məğlub oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər