Bərdədə ödəmə terminallarından 40 min manat oğurlanıb - VİDEO
sizinxeber.az xəbər saytı

Bərdədə ödəmə terminallarından 40 min manat oğurlanıb - VİDEO


Bərdə rayonunda yerləşən iki mağazada quraşdırılan və kassalarında ümumilikdə 40 min manat maddi vəsait olan ödəmə terminalları naməlum şəxslər tərəfindən oğurlanıb.

Bu barədə Sizinxeber.az-ya DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən Elşad Əlizadə və Ayxan Quliyev saxlanılıblar. Onların terminallardan birini oğurlama anı təhlükəsizlik kameraları vasitəsilə də qeydə alınıb.

Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

Bərdədə ödəmə terminallarından 40 min manat oğurlanıb
Ödəmə terminallarından silsilə oğurluqlar edən şəxslər saxlanılıb - VİDEO
Bərdə sakinindən 3 kq tiryək götürülüb
Ağdaşda 18 baş rəst at oğurlayan iki nəfər tutulub
Göyçayda maskalanıb mağazadan oğurluq edən şəxslər saxlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər