Göyçayda maskalanıb mağazadan oğurluq edən şəxslər saxlanılıb
sizinxeber.az xəbər saytı

Göyçayda maskalanıb mağazadan oğurluq edən şəxslər saxlanılıb


Göyçay rayonunda oğurluq hadisəsi qeydə alınıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Sizinxeber.az-ya verilən məlumata görə naməlum şəxslər gecə saatlarında üzlərini maska ilə kamuflyaj edərək rayon ərazisində yerləşən mağazaya daxil olublar və oradakı pulu, spirtli içkiləri, tütün məmulatlarını, eləcə də digər əşyaları talayaraq ələ keçiriblər.

Rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluğa görə məhkum olunmuş 42 yaşlı Vüqar Mirzəyev və 45 yaşlı Tural Əzizov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

Yardımlıda bir gecədə 2 mağazadan oğurluq edən keçmiş məhkum saxlanılıb
Şəkidə oğurluq edən maskalı şəxslər tutulub
Füzuli sakini silsilə oğurluqlara görə saxlanılıb
Ağdaşda oğurluq və narkotik cinayətlərinə görə 7 nəfər saxlanılıb
Ağdaşda 18 baş rəst at oğurlayan iki nəfər tutulub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle