Əmisi tərəfindən cinsi istismar olunduğunu iddia edən qızla bağlı SON XƏBƏR
sizinxeber.az xəbər saytı

Əmisi tərəfindən cinsi istismar olunduğunu iddia edən qızla bağlı SON XƏBƏR


Cinsi istismara və yaxınları tərəfindən təhdidlərə məruz qaldığını iddia edən Nizami rayon sakini - 2004-cü il təvəllüdlü Nərmin Daşqın qızı Şirəliyeva ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən aidiyyəti qurumlara (Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa, həmçinin müvafiq rayon icra hakimiyyətinə) faktın hərtərəfli araşdırılması və hüquqi qiymət verilməsi məqsədilə rəsmi müraciətlər ünvanlanıb.

Sizinxeber.az teleqraf-a istinadən xəbər verir ki, bu barədə komitənin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu məlumat verib.

O bildirib ki, hazırda məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır:

"Eyni zamanda, qeyd olunan iddialarla bağlı xanımla əlaqə yaradılıb, onun təhlükəsizliyinin, hüquqlarının qorunmasının və zəruri sosial-psixoloji dəstəyin təmin olunması istiqamətində müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti xidmətlər təklif olunub. Komitə tərəfindən xanımın təhlükəsizlik məqsədilə sığınacağa yerləşdirilməsi təklif edilsə də, o, bundan imtina edib".

Qeyd edək ki, N.Şirəliyeva bir müddət əvvəl videomüraciət yayımlayaraq 33 yaşlı əmisi A.Qasımlı tərəfindən cinsi istismar olunduğunu, həmçinin əmisi və atasının təhdidlərinə məruz qaldığını iddia edib.

O, aidiyyəti qurumların məsələni nəzarətə götürməsini istəyib, videonu paylaşdıqdan sonra başına hər hansı hadisə gələcəyi təqdirdə adını çəkdiyi yaxınlarının məsuliyyət daşımalı olduğunu qeyd edib.

Oxşar xəbərlər

Qəbiristanlıqdan tapılan azyaşlı sığınacağa yerləşdirilib
16 yaşlı övladını evləndirmək istəyən ata həbs olundu
Azərbaycanlı qadınlar Türkiyə, BƏƏ və Pakistanda cinsi istismara məruz qalıblar
Avtomobil 1-ci sinif şagirdini vurub öldürdü
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 12-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər