Əvvəllər işlədiyi mağazadan 14 televizor oğurladı
sizinxeber.az xəbər saytı

Əvvəllər işlədiyi mağazadan 14 televizor oğurladı


Xaçmazda mağazadan elektrik avadanlıqları oğurlayan şəxslər saxlanılıb.

Sizinxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunlar Xaçmaz Rayon Polis Şöbəsinin keçirdiyi tədbirlərlə Xudat şəhərində yerləşən mağazadan oğurluq edən Elman İmanov və Elçin Məhərrəmovdur.

Onlar obyektdən ümumi dəyəri 23 min manat olan 14 ədəd televizor, 3 ədəd noutbuk və 3 ədəd kondisioner talayıblar.

Müəyyən edilib ki, saxlanılan şəxslərdən biri əvvəllər həmin mağazada çalışıb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Əvvəllər işlədiyi mağazadan 14 televizor oğurladı

Əvvəllər işlədiyi mağazadan 14 televizor oğurladı

Oxşar xəbərlər

Xudatda keçmiş işçi mağazadan 23 min manatlıq oğurluq edib
Xaçmazda mağazadan 23 min manatlıq oğurluq edilib
Xəzər rayonunda 6 kiloqramdan çox narkotik dövriyyədən çıxarılıb
Goranboyda mağazalardan 148 ədəd televizor oğurlayan şəxslər saxlanılıblar
Goranboyda mağazadan oğurluq edən şəxslər saxlanılıblar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər