Xudatda keçmiş işçi mağazadan 23 min manatlıq oğurluq edib
sizinxeber.az xəbər saytı

Xudatda keçmiş işçi mağazadan 23 min manatlıq oğurluq edib


Xudat şəhərində yerləşən mağazadan 23 min manatlıq oğurluq olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, mağazadan oğurluq etməkdə şübhəli bilinən Elman İmanov və Elçin Məhərrəmov saxlanılıblar. Onlar obyektdən ümumi dəyəri 23 min manat olan 14 ədəd televizor, 3 ədəd noutbuk və 3 ədəd kondisioner talayıblar.

Müəyyən edilib ki, saxlanılan şəxslərdən biri əvvəllər həmin mağazada çalışıb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər

Şirvanda beş evdən 53 min manatlıq oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub
Şirvanda evdən 15 000 manat oğurlanıb
Yardımlıda bir gecədə 2 mağazadan oğurluq edən keçmiş məhkum saxlanılıb
Goranboyda mağazadan oğurluq edən şəxslər saxlanılıblar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər