Şəkidə arvadını öldürməkdə təqsirləndirilən şəxsə AĞIR CƏZA
sizinxeber.az xəbər saytı

Şəkidə arvadını öldürməkdə təqsirləndirilən şəxsə AĞIR CƏZA


Şəkidə arvadını qətlə yetirməkdə təqsirləndirilən Həmid Əliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub, təqsirləndirilən şəxs 17 il müddətinə azadlıqdan məhrum edilib.

Həmid Əliyevin digər cinayət işi ilə bağlı məhkəmənin təyin etdiyi cəza qismən birləşdirilərək ona yekun olaraq 18 il müddətə azadlıqdan məhrumetmə cəzası verilib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) və 228.5-ci (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham olunub.

Oxşar xəbərlər

Şəkidə arvadını öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Salyanda qardaşı arvadını və onun oğlunu qətlə yetirməkdə təqsirləndirilən şəxsə ömürlük cəza verilib 
Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Arvadını baltalamaqda təqsirləndirilən şəxsə hökm oxunub
Dövlətə xəyanətdə ittiham olunan Vüsal Kamilliyə AĞIR CƏZA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər