Arvadını baltalamaqda təqsirləndirilən şəxsə hökm oxunub
sizinxeber.az xəbər saytı

Arvadını baltalamaqda təqsirləndirilən şəxsə hökm oxunub


Daşkəsən rayonunda həyat yoldaşı Atlas Ocaqverdiyevanı balta ilə qətlə yetirməkdə təqsirləndirilən Teymur Ocaqverdiyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

“Sizinxeber.az”un məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, o, 17 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin iyun ayında Daşkəsən rayonunun Əmirvar kəndində baş verib.

İttihama görə, rayon sakini 1971-ci il təvəllüdlü Teymur Ocaqverdiyev qısqanclıq zəmnində yaşadığı evdə həyat yoldaşı 1985-ci il təvəllüdlü Atlas Ocaqverdiyevanı balta ilə qətlə yetirib.

O, Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 120.2.9-cu (xüsusi amansızlıqla aşkar surətdə köməksiz şəxsi xuliqanlıq niyyəti ilə öldürmə) maddələri ilə ittiham olunub.

Oxşar xəbərlər

Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Daşkəsəndə arvadını öldürməkdə təqsirləndirilən şəxsin istintaqı başa çatıb
Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Ağcabədidə qardaşı arvadını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Salyanda qardaşı arvadını və onun oğlunu qətlə yetirməkdə təqsirləndirilən şəxsə ömürlük cəza verilib 

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər