Cəlilabadda yanğın törədən şəxslər məsuliyyətə cəlb olunublar
sizinxeber.az xəbər saytı

Cəlilabadda yanğın törədən şəxslər məsuliyyətə cəlb olunublar


Avqustun 15-də Cəlilabad şəhəri ərazisində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Sizinxeber.az-ya bildirilib ki, araşdırmalarla yanğınların 1997-ci il təvəllüdlü Ş.Əliyev tərəfindən əkin sahəsinin, 1971-ci il təvəllüdlü M.Xudaşov tərəfindən isə məişət tullantıllarının yandırılması ilə törədildiyi məlum olub.

Nəticədə biçilmiş əkin sahəsi və kol-kos yanıb.

Hər iki şəxs məsuliyyətə cəlb olunub.

Oxşar xəbərlər

Cəlilabadda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub
Zəngilanda yanğın törədən şəxs müəyyən edilib - FOTO
Qubada əkin sahəsinin yandırılmasına görə bir nəfər saxlanılıb
Ağsuda yanğın hadisəsi törədən şəxs məsuliyyətə cəlb olunub
Şabranda əkin sahələrinin yandırılmasına görə 2 nəfər saxlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər