Ermənistan ordusunun hücumları nəticəsində zərərçəkmiş şəxs: Qətlə yetirilmiş qardaşımın nəşi indiyədək tapılmayıb
sizinxeber.az xəbər saytı

Ermənistan ordusunun hücumları nəticəsində zərərçəkmiş şəxs: Qətlə yetirilmiş qardaşımın nəşi indiyədək tapılmayıb


Bakı Hərbi Məhkəməsində avqustun 15-də keçirilən məhkəmə prosesində ifadə verən zərərçəkmiş Lalə İsmayılova Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində Zəngilan rayonundan məcburi köçkün düşdüyünü bildirib.

"Sizinxeber.az" xəbər verir ki, L.İsmayılova qardaşının polis əməkdaşı olduğunu, digər 6 polislə birlikdə Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirildiyini deyib. Onların nəşləri indiyədək tapılmayıb.

Zərərçəkmiş Bikəxanım Quliyeva ifadəsində bildirib ki, yaşadığı Orta Yeməzli kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən zaman dördotaqlı evi yandırılıb. B.Quliyeva deyib ki, özündən əvvəl ifadə verən L.İsmayılovanın qardaşı ilə birlikdə qətlə yetirilən polislərdən biri – İlham İmamqulu oğlu Quliyev – onun qardaşıdır.

B.Quliyev təqsirləndirilən şəxs Bako Sahakyanın vəkilinin suallarına cavabında kəndə hücum zamanı atəşlərin Ermənistanın Qafan rayonu istiqamətindən açıldığını bildirib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Oxşar xəbərlər

Ermənistan hərbçilərinin hücumları nəticəsində zərərçəkmiş şəxs: Qətlə yetirilmiş qardaşımın nəşi indiyədək tapılmayıb
44 günlük müharibə dövründə Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində yaralanmış mülki şəxslər məhkəmədə ifadə veriblər
Zərərçəkmiş şəxs: Atam girovluqda Ermənistan hərbçilərinin işgəncələri nəticəsində öldü
Zərərçəkmiş: Ermənistan ordusu tərəfindən beş nəfərdən ibarət ailə vəhşicəsinə qətlə yetirildi
Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində zərər çəkmiş azərbaycanlı: Əsir götürüldükdən sonra güllələndim

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle