Ağcabədidə 14 kiloqram marixuana və həşiş aşkarlanıb
Ağcabədidə 10 kiloqrama yaxın marixuana və 4 kilqoramdan artıq həșiş aşkarlanıb.
Bu barədə "Sizinxeber.az"un Qarabağ bürosuna Daxili İşlər Nazirliyinin Mərbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib. Tədbir zamanı rayon sakinləri Babək Ələkbərov, Samir Qədirov və qardaşı Ceyhun Qədirov qeyd edilən cinayət əməlində şübhəli bilindikləri üçün saxlanılıblar.
Onlardan 10 kiloqrama yaxın marixuana və 4 kilqoramdan artıq həșiş aşkarlanıb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib
Oxşar xəbərlər
Ağcabədidə polis 14 kq marixuana və həşiş dövriyyədən çıxarılıb
Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb
Bərdədə 4 kiloqram marixuana aşkarlanıb
Ağcabədidə 12 kiloqram narkotik vasitə aşkarlanıb
İmişlidə narkokuryerlikdə təqsirləndirilən şəxslər həbs edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













