İmişlidə narkokuryerlikdə təqsirləndirilən şəxslər həbs edilib
sizinxeber.az xəbər saytı

İmişlidə narkokuryerlikdə təqsirləndirilən şəxslər həbs edilib


İmişli rayonunda saxlanılan narkokuryerlərdən 12 kiloqram marixuana və metamfetamin aşkarlanıb.

Bu barədə "Sizinxeber.az"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı Bakı şəhər sakinləri Anar Qadaşev və Elşad Bağırov rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindikləri üçün saxlanılıblar.

Onlardan 12 kiloqram marixuana və metamfetamin götürülüb. Araşdırmalarla onların maddi gəlir qarşılığında narkokuryerlik etdikləri müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb, A.Qadaşev və E.Bağırov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

Bərdədə 4 kiloqram marixuana aşkarlanıb
Qobustanda saxlanılan narkokuryerlərdən 3 kiloqram marixuana və tiryək götürülüb
Beyləqanda narkokuryerlərdən 15 kq marixuana aşkarlanıb
Füzuli sakinindən 3 kiloqram narkotik aşkarlanıb
Beyləqanda narkokuryerlik edən şəxslərdən 15 kiloqram marixuana aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər