Sumqayıtda iki nəfər dənizdə batıb
Xəzər dənizinin Sumqayıt şəhəri ərazisindən keçən sahil zolağında faciəvi hadisə baş verib.
“Sizinxeber.az”un yerli bürosu məlumat verir ki, 16 yaşlı iki yeniyetmə dənizdə çimərkən boğulma təhlükəsi ilə üzləşiblər.
Hadisə zamanı uşaqlardan biri çətinliklə sudan çıxmağı bacarıb. Digərinə isə kömək etmək istəyən bir şəxs öz həyatını riskə ataraq dənizə girib.
2009-cu il təvəllüdlü Əli Cabbarov, həm də ona kömək etməyə çalışan şəxs boğularaq həyatını itirib.
Onların axtarışları davam etdirilir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumatda isə deyilir ki, qurumun "112" qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndində dənizdə 2 nəfərin batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
Novxanıda dənizdə iki nəfər batıb
Mərdəkanda bir nəfər dənizdə batıb
Buzovnada dənizdə bir nəfər batıb
Novxanıda dənizdə 2 nəfər batıb
Novxanıda dənizdə batan məktəblilərin meyitləri tapılıb - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
-
İranda partlayışlar qeydə alınıb
-
DİN: 5 tona yaxın narkotik vasitə və psixotrop tərkibli həb məhv edilib
-
Azərbaycanın U-17 və U-19 millilərinin Avropa çempionatının I mərhələsindəki rəqibləri bəlli olub
-
“Azərbaycanın kənd təsərrüfatının inkişafında yeni prioritetlər” mövzusunda ictimai müzakirə keçirilib
-
Tramp amerikalıların İranın Xarq adasını ələ keçirməyi dəstəkləməyəcəyini bildirib
