Füzulidə qanunsuz tikililər sökülüb - VİDEO » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
21 
iy
2025
11:50

Füzulidə qanunsuz tikililər sökülüb - VİDEO

21 iy, 2025
11:50
654

Füzulidə qanunsuz tikililər sökülüb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri çərçivəsində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

APA FHN-ə istinadən xəbər verir ki, Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Birinci Qayıdış qəsəbəsi və Horadiz şəhəri ərazilərində qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə nazirliyə müraciət edilib.

Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Xidməti və Füzuli Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikililər sökülüb.

Bizimlə əlaqə saxlayın