Goranboyda bir ailə avtomobil qəzasına düşüb, ölənlər və xəsarət alanlar var
sizinxeber.az xəbər saytı

Goranboyda bir ailə avtomobil qəzasına düşüb, ölənlər və xəsarət alanlar var


Goranboyda bir ailə avtomobil qəzasına düşüb.

"Sizinxeber.az"un Qərb bürosunun məlumatına görə, Abşeron rayon sakini, 1992-ci il təvəllüdlü Ayşən Fərrux qızının idarə etdiyi "Hyundai" markalı avtomobil Goranboy rayon ərazisində idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində sürücünün anası və qızı aldığı xəsarətdən hadisə yerində ölüblər.

Sürücü və iki övladı - 2016-cı il təvəllüdlü Məmmədli Əsmər Samir qızı və 2021-ci il təvəllüdlü Məmmədli Əlixan Samir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Goranboyda avtomobil aşıb, 5 nəfər xəsarət alıb 
Şəmkirdə avtomobil dərəyə aşıb, xəsarət alanlar var
Goranboyda avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var
Goranboyda avtomobil qəzası olub, xəsarət alanlar var
Göygöldə avtomobil aşıb, ölən və xəsarət alanlar var 

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle