Motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilib
sizinxeber.az xəbər saytı

Motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilib


Motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilib.

DİN-dən Sizinxeber.az-ya verilən xəbərə görə, Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan motosiklet sürücüsü Baba İsmayılov saxlanılıb.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə B.İsmayılovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 gün inzibati qaydada həbs edilib.

Oxşar xəbərlər

Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüləri həbs edilib
Paytaxt ərazisində avtoxuliqanlıq hərəkətləri edən sürücü həbs olunub - VİDEO
Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüləri həbs edilib - VİDEO
Bakıda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib - VİDEO
Bakıda narkotikin təsiri altında avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər