Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüləri həbs edilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
12 
may
2025
10:50

Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüləri həbs edilib

12 may, 2025
10:50
636

Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüləri həbs edilib

Paytaxt ərazisində avtoxuliqanlıq hərəkətləri edən motosiklet sürücüləri həbs edilib.

Bu barədə APA-ya Bakı Şəhər DYPİ-dən məlumat verilib.

Bildirilib ki, Bakı Şəhər DYP İdarəsinin və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan motosiklet sürücüləri-Baba Məlikov, Nicat Şirinov, Şamil Həsənov və Emir Xozin saxlanılıb.

Sürücülər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə B.Məlikovun və Ş.Həsənovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və onlar, 15 gün inzibati qaydada həbs edilib. Bununla yanaşı N.Şirinov da 15 gün inzibati qaydada həbs edilib, E.Xozin isə cərimə olunub.

Bizimlə əlaqə saxlayın